Ölkə əhalisinin əksər hissəsi qeyri-neft sektorunda çalışır

 

 Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində hər il çox sayda yeni istehsal və xidmət obyektləri fəaliyyətə başlayır. Bu müəssisələr təkcə paytaxtda deyil, bölgələrdə də açılır. Çünki dövlətin əsas məqsədi ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, eyni zamanda, ən böyük sosial problem olan işsizliyi aradan qaldırmaqdır. Fəaliyyətə başlayan müəssisələrdə isə minlərlə adam yeri taparaq öz güzəranlarını yaxşılaşdırırlar.

Cari il may ayının 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 4632 min nəfər olmuşdur. Onlardan 4385,6 min nəfəri iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində çalışır. Dövlət Statistika Komitəsinin bununla bağlı açıqlamasında bildirilir ki, bu ilin yanvar-mart aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1369,8 min, muzdla işləyənlərin orta siyahı sayı isə 1361,5 min, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 845,3 min, qeyri-dövlət bölməsində 516,2 min nəfər təşkil etmişdir. Bu sıradan iqtisadiyyatın neft sektorunda 36,5 min, qeyri-neft sektorunda isə 1325 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1322,4 min nəfər təşkil etmişdir.

Hesabat dövrü ərzində müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı sahələrində (6,1 faizi tikintidə, 5,9 faizi emal sənayesində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi mədənçıxarma, 2,2 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində) məşğul olmuşdur. Xidmət sahəsində çalışanların 24,6 faizi təhsil, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3,9 faizi istirahət, əyləncə və incəsənət, 3,2 faizi peşə, elmtexnika sahələrinin payına düşür.

Cari ilin may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,5 min nəfər olmuş, onların 42,2 faizini qadınlar təşkil etmişdir. Hər 1 boş yerinə (vakansiya) işsiz statusuna malik olanların 3 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 205 manatdır.

Bu ilin birinci rübü ərzində ölkədə 25376 yeni, o cümlədən 20937 daimi yeri yaradılmışdır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icra müddətini əhatə edən 2009-cu ilin əvvəlindən 2012-ci ilin ortalarınadək 266,1 min, o cümlədən 200,5 min daimi yeri açılmışdır. Cari ilin birinci rübündə daimi yerlərinin 7,1 faizi yeni fəaliyyətə başlamış, 12,6 faizi mövcud, 0,1 faizi fəaliyyətini yenidən bərpa etmiş müəssisə və təşkilatlarda, 80,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Bu ilin birinci rübü ərzində yeni açılmış yerlərinin 94,7 faizi özəl sektorun payına düşmüşdür. Yeni yerlərinin 65,3 faizi regionlarda yaradılmışdır. Bu da bir tərəfdən bölgələrdə işsizliyin aradan qalxması, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı deməkdir.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 10 iyun.- S. 1.