“İnnovasiya,
təhsilin keyfiyyəti və inkişaf” mövzusunda II Beynəlxalq
elmi konfrans başa çatmışdır
Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda "İnnovasiya, təhsilin keyfiyyəti və
inkişaf" mövzusunda II Beynəlxalq elmi konfrans başa
çatmışdır.
AzərTAc
xəbər verir ki, təhsil işçilərinin, mütəxəssislərin,
Azərbaycan, Belarus, Ukrayna və digər ölkələrdən
olan nümayəndələrin iştirak etdikləri
ikigünlük konfransda "Kurikulum islahatı: nailiyyətlər
və problemlər", "Məktəbdə innovasiyaların
tətbiqi", "Müasir təhsildə İKT-nin tətbiqi"
və digər mövzularda məruzələr dinlənilmiş,
müzakirələr aparılmışdır.
Beş
bölmə üzrə keçirilən konfransa 130-dan
çox məruzə təqdim edilmişdir.
Azərbaycan.- 2012.- 10 iyun.- S. 2.