Yeniləşən Azərbaycanın intibah dövrü

 

 Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünya birliyinə inteqrasiya prosesini uğurla həyata keçirməklə iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində müvəffəqiyyət əldə etmişdir. Təsadüfi deyil ki, ölkəmiz artıq borc alan ölkədən borc verən ölkəyə çevrilmiş, dünyanı bürüyən qlobal maliyyə böhranından üzüağ çıxmışdır. Məhz bütün bunlar ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin uğurları kimi səciyyələnir.

İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi ilk növbədə inkişafın diversifikasiyasının reallaşdırılmasını tələb edir. Bu baxımdan ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi mühüm strateji əhəmiyyətilə seçilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi həm regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, həm də dövlət büdcəsinin gəlirlərinin artırılması və onun müxtəlif mənbələrdən formalaşdırılması baxımından önəmli hesab edilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ixrac gəlirlərinin artırılmasına da bilavasitə təsir göstərir. Məhz bütün bunları nəzərə alaraq dövlət başçısı tərəfindən qeyri-neft sektorunun inkişaf etdirilməsinə istiqamətlənmiş tədbirlərin həyata keçirilməsinə daha çox prioritetlik verilməkdədir.

Milli iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının obyektiv zəruriliyi ilk növbədə kənd yerlərinin inkişafı, dövlət büdcəsinə daxilolmaların tarazlaşdırılması və eləcə də alternativ ixrac sektorunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi eyni zamanda bazar konyunkturunda baş verən dəyişikliklərdən milli iqtisadiyyatın sığortalanması məqsədilə alternativ variantların reallıqda tətbiqini özündə əks etdirir. Qeyd etmək lazımdır ki, ölkədə neftin tükənəcəyi bir şəraitdə qeyri-neft sektorunun inkişafına yönəldilmiş hər bir dəstək öz strateji əhəmiyyəti ilə seçiləcəkdir. Odur ki, hazırkı şəraitdə neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, neftlə bağlı olmayan sahələrin inkişafına investisiyaların yönəldilməsi çox mühüm strateji əhəmiyyət kəsb edir.

İqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının dövlətimizin siyasətində prioritet məsələ olması yeni iqtisadisosial çağırışlara həsr olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə yüksək dəyərləndirilir. Bu əminlik ifadə edilir ki, qazanılan uğurlar Azərbaycanın qarşısında daha geniş imkanlar açaraq, qarşıdakı illərdə də iqtisadi artımın sürətinə görə dünyada birinciliyini qorumasına stimul verəcək.

Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlarreytinq agentliklər tərəfindən, o cümlədən dünya mətbuatında ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana aid növbəti xüsusi buraxılışında da ölkəmizin bu uğurları geniş əks olunub. Jurnal ötən buraxılışında iqtisadi artıma görə Azərbayanı dünyanın lider dövləti elan etmişdir. Sözsüz ki, bu qiymətləndirmə ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyinə, xalq-iqtidar birliyinin sarsılmazlığına və bunu şərtləndirən sözlə əməl birliyinə əsaslanır. Xüsusi buraxılışın təqdimatında bir daha qeyd edilmişdir ki, Azərbaycan gənc dövlət olsa da, əldə etdiyi təcrübə, keçdiyi yol digər dövlətlərə nümunədir.

Azərbaycanın artan iqtisadi imkanları siyasi mövqeyinin möhkəmlənməsinə də müsbət təsirini göstərir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünyanın nüfuzlu təşkilatları qəbul etdikləri qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirirlər. Münaqişənin həlli üçün hüquqi baza mövcud olsa da, işğalçı dövlət qeyri-konstruktiv mövqeyi ilə məsələnin həllinin uzanmasına səbəb olur. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində artan iqtisadidiplomatik uğurlar fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, müstəqil Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək.

Hazırda Azərbaycan mədəniyyəti, tarixi, milli mətbəxi, insanlarımızın qonaqpərvərliyi, paytaxtımızın gözoxşayan mənzərəsi haqqında heyranlıqla danışılırsa, bunda "Eurovision-2012"nin payı böyükdür. Təbii ki, təbliğat sahəsində əldə olunmuş bu üstünlüklərlə yanaşı, Azərbaycanın bu yarışmadan əldə etdiyi iqtisadi dividendlər də gözardı edilməməlidir. "Eurovision-2012" Azərbaycanın iqtisadi, siyasi uğurları ilə yanaşı, mədəniyyət sahəsində də uğurlarının təbliği və təşviqi baxımından əvəzolunmaz imkanlar verdi. Bu yarışmanın ölkəmizə qazandırdığı dividendlər isə kifayət qədər çoxdur. Bəzilərinin Azərbaycanın təşkilatçılığına, gördüyü işlərə qara yaxmaq cəhdlərinə baxmayaraq, Azərbaycan ötənilki qələbəsindən sonra verdiyi sözü tutdubu müsabiqəni ən yüksək səviyyədə təşkil edərək, hər bir vədinin arxasında real işin dayandığını bir daha nümayiş etdirdi.

Ölkə Prezidenti İlham Əliyev bildirir ki, gələcək nəsillərin inkişafrifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Bu baxımdan, cari ilin sonunadək hazırlanması nəzərdə tutulan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizdə reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, dünyada ölkəmizin yerinirolunu, dinamik inkişafın prioritetlərini özündə əks etdirəcək. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli qorunmasına nail olmaq, dövlətimizin və xalqımızın etibarlı gələcəyini təmin etməkdir.

 

 

Ərəstun CAVADOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 10 iyun.- S. 3.