Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

 

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizi bütün Rusiya xalqını dövlət bayramı - Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sevindirici haldır ki, dövlətçiliyin hüquq qaydasının möhkəmləndirilməsi işində, demokratik dəyişikliklərin həyata keçirilməsində sanballı uğurlar qazanmış dost Rusiya bu gün genişmiqyaslı islahatlar cəmiyyət həyatının bütün cəhətlərinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə ölkənin mövqelərinin gücləndirilməsi yolu ilə irəliləyir.

Azərbaycan ilə Rusiyanı tarixən yaranmış, indi keyfiyyətcə yeni xarakter kəsb etmiş dostluq mehriban qonşuluq münasibətləri sıx bağlayır. Əminəm ki, bizim ikitərəfli münasibətlər, çoxplanlı qarşılıqlı fəaliyyətimiz strateji tərəfdaşlığımız xalqlarımızın rifahı, regionda sülhün, təhlükəsizliyin tərəqqinin mənafeyi naminə bundan sonra da möhkəmlənəcək intensiv inkişaf edəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, səadət dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 1.