Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə Paraqvay Respublikasının xalqı və hökuməti adından, o cümlədən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər gələcəkdə də möhkəmlənəcək, arzuladığımız sülh və tərəqqi hədəflərinə nail olmaqda bizə yardımçı olacaqdır.
Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Azərbaycan xalqına və hökumətinə təbriklərimi çatdırır, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.
Fernando Luqo MENDES,
Paraqvay Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 12 iyun.- S. 1.