İsrailli politoloq Arye QUT: Əgər islam ölkələrinin bütün liderləri Azərbaycan Prezidenti İlham Əliyev kimi uzaqgörən və tolerant olsaydı, Yaxın Şərqdə münaqişə çoxdan sülh yolu ilə həll edilmiş olardı

 

 Beynəlxalq "İsrail-Azərbaycan" Assosiasiyası ("Azİz") - İsrail ilə Azərbaycan arasında real körpüstrateji tərəfdaşlığın lokomotividir. AzərTAc xəbər verir ki, israilli politoloq Arye Qut bu sözləri öz bloqunda "Azİz"in yaxın günlərdə Təl-Əvivdəki "Beyt-Sokolov" jurnalistlər evində başa çatmış II qurultayına yekun vuraraq yazmışdır.

Müəllif yazır: "Bu gün reallıq belədir və Azərbaycan haqlı olaraq fəxr edə bilər ki, İsraildə Azərbaycanın kifayət qədər güclü və qüdrətli diaspor təşkilatı - "Azİz" fəaliyyət göstərir".

A.Qut yazır ki, 17-ci çağırış Knessetin deputatı, "Azİz"in ilk prezidenti Yosef Şaqal bu assosiasiyanın yaradılmasında və formalaşmasında xüsusi rol oynamışdır. Y.Şaqal xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə, Dünya Azərbaycanlılarının III qurultayı keçirilən dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək dövlət mükafatı - "Dostluq" ordeni ilə təltif edilmişdir.  Bundan əlavə "Azİz"in formalaşmasında və təşəkkülündə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin də xüsusi rolu olmuşdurbu rol davam edir. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bizim tədbirlərin keçirilməsinə çox kömək edir.

Müəllif yazır: "Azİz"in qurultayı mövzusuna qayıdaraq belə bir faktı qeyd edə bilərəm ki, qurultayda İsrail hökuməti və İsrail Knesseti geniş təmsil edilmişdi. Mənə belə gəlir ki, dünyada Azərbaycan diasporunun heç də hər bir qurultayında bu cür siyasi reprezentativlik görmək və müşahidə etmək mümkün deyildir. Qurultayda İsrail hökuməti baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman, turizm naziri Stas Misejnikovabsorbsiya naziri Sofa Landver, "İsrail bizim evimizdir" partiyasının baş direktoru Faina Kirşenbaum, Knessetin deputatları Robert TivyayevOrit Zuarets iştirak edirdi. Bundan əlavə, baş nazirin müavini Şaul Mofaz da qurultay nümayəndələrinə təbrik göndərmişdi".

Politoloq yazır ki, Azərbaycan-İsrail strateji tərəfdaşlığının memarı Aviqdor Liberman qurultayda çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında yüksək səviyyəli ilk görüşü xatırlamışdır. İsrail XİN başçısının fikrincə, Azərbaycan dünyada sayı çox olmayan elə yerlərdən biridir ki, orada yəhudilər özlərini öz evlərində olduğu kimi hiss edirlər. A.Liberman vurğulamışdır: "Bu gün İsrail və Azərbaycan öz siyasətlərini iki amil - dözümlülüksağlam düşüncə amilləri əsasında qururlar. Təəssüf ki, beynəlxalq arenada bu amillərin heç biri çatışmır. Bu gün Yaxın Şərqdə baş verən və daha geniş miqyasda - AsiyaAfrika ölkələrinə yayılan hadisələr narahatlıq doğurmaya bilməz. Belə vəziyyətdə dözümlülük, sağlam düşüncə və normal, əbədi ümumbəşəri dəyərlərə əsaslanan dövlətlər arasında sıx əlaqə çox vacibdir. Mürəkkəb regionlarda yerləşən İsrail və Azərbaycan hər gün çox mürəkkəb təhdidlər və problemlərlə üzləşirlər. Heç şübhəsiz, qonşularımızla dinc yanaşı yaşamaq, münaqişələri sülh yolu ilə həll etmək, öz xalqlarımızın təhlükəsiz və normal yaşamasını təmin etmək arzusu bizi bir-birimizə yaxınlaşdırır".

İsrailli politoloq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, "Azİz"in fəaliyyətini iki ölkə arasında real və səmərəli tərəfdaşlıq körpüsü kimi yüksək qiymətləndirmiş Nazim İbrahimovun qurultayda dediyi sözləri sitat gətirərək yazır: "Azİz" mövcud olduğu beş il ərzində Azərbaycanın maraqlarının lobbiləşdirilməsi və təbliği, Azərbaycanın müxtəlif beynəlxalq problemlərə baxışlarının təqdim edilməsi üzrə böyük aparmış, iki ölkənin ən müxtəlif sahələrdə yaxınlaşmasına şərait yaratmışdır".

Müəllif yazır: "Bu təşkilatın nümayəndəsi Şimon Briman Ümumdünya Rusdilli Yəhudilər Forumunun prezidenti Aleksandr Levinin adından qeyd etmişdir ki, Müqəddəs Torpağın və Xəzər sahillərinin bir-birinə yaxınlaşması xətti 2012-ci ilin aprel ayında İsrail XİN başçısı Aviqdor Libermanın Bakıya səfəri zamanı bir daha təsdiqlənmişdir. Əgər islam ölkələrinin bütün liderləri Azərbaycan Prezidenti İlham Əliyev kimi uzaqgörən və tolerant olsaydı, Yaxın Şərqdə münaqişə çoxdan xalqlarımız arasında sülh və əməkdaşlıq yolu ilə həll edilərdi. Ümumdünya Rusdilli Yəhudilər Forumu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi barədə İsrail Dövlətinin rəsmi mövqeyinə şərikdir".

A.Qut öz bloqunda yazır: "Azİz"in II qurultayı bir daha sübut etdi ki, assosiasiyanın beşillik fəaliyyəti dövründə az görülməmişdir. Bu təşkilat ilk növbədə, əslən Azərbaycandan olan şəxslərin 70 minlik diasporunu birləşdirməyə nail olmuşdur. Assosiasiya çərçivəsində formalaşmış həmməsləklər komandası çox yaxşı başa düşür ki, "Azİz" sadəcə, İsraildə Azərbaycan diasporu deyil, İsrail ilə Azərbaycan arasında real əməkdaşlıq və tərəfdaşlıq körpüsüdür. Məhz bu komanda Azərbaycanın İsraildə real təbliği ideyalarının "beyin mərkəzi" və generatorudur".

İsrailli politoloq vurğulayır: "Məhz "Azİz"də həmməsləklər komandası amili, habelə Heydər Əliyev FondununDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bizim İsraildə Azərbaycan naminə səmərəli və dəqiq fəaliyyət göstərməyimiz və işləməyimiz üçün çox böyük qüvvə verir. Fikrimcə, məhz İsraildə həqiqi və real Azərbaycan diasporu olan bu assosiasiyanın fəaliyyətinin əzmkar xarakteri İsraildəki ermənipərəst lobbiçiləri narahat edirqorxudur. "Azİz"in təcrübəsi göstərir ki, bizim diaspor bütün dünyada nə qədər israrla fəaliyyət göstərsə, dünya birliyi sərt reallıqları və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin əsl mahiyyətini bir o qədər yaxşı başa düşəcəkdir".

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 3.