Azərbaycan və
Türkiyə arasında hərbi əməkdaşlığın
inkişaf etdirilməsi məsələləri
müzakirə olunmuşdur
İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Bölgədə hərbi vəziyyət barədə də geniş fikir mübadiləsi aparılmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüşdə iştirak etmişdir.
Azərbaycan.- 2012.- 12 iyun.- S. 4.