Bakıda Azərbaycan-Almaniya biznes
forumu keçirilmişdir
İyunun 11-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Almaniya
biznes forumu keçirilmişdir. Tədbirdə
Azərbaycan və Almaniya tərəfindən
rəsmi şəxslərlə
yanaşı, bank, səhiyyə,
turizm, nəqliyyat, müxtəlif növ avadanlıq istehsalı, neft-kimya, enerji, maşınqayırma və
digər sahələrdə
fəaliyyət göstərən
50-yə yaxın iş
adamı iştirak etmişdir.
Biznes forumdan əvvəl Alman İqtisadiyyatının Şərq
Komitəsinin icraçı
direktoru Reyner Lindnerin başçılıq
etdiyi Almaniyanın nümayəndə heyəti
iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ilə görüşmüşdür.
Görüşdə N.Səfərov dövlət
başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin
dünyada etibarlı tərəfdaş kimi tanındığını, Azərbaycanda
makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli
biznes və investisiya mühitinin yaradıldığını vurğulamışdır. O bildirmişdir
ki, hazırda Azərbaycan xarici investisiyalar üçün
cəlbedici və əlverişli ölkə
olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır.
Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin yüksək
səviyyədə olduğunu
qeyd edən N.Səfərov hazırda ölkəmizdə tikinti,
bank, sığorta, nəqliyyat,
sənaye, rabitə və ticarət sahəsində alman şirkətlərinin uğurla
fəaliyyət göstərdiyini
bildirmişdir.
Reyner Lindner iki
ölkə arasında
mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf
etdirilməsi imkanları
barədə məlumat
vermişdir.
Keçirilmiş biznes forumda AZPROMO-nun, Azərbaycan və Almaniya şirkətlərinin
təqdimatları keçirilmiş,
əməkdaşlığın perspektivləri müzakirə
edilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 12 iyun.- S. 5.