Əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə icra olunur

 

 Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iyunun 12-də "Sosial xidmətlər təşəbbüsü" İctimai Birliyinin direktoru Ramiz BehbudovAvropa Reabilitasiya Platformasının mütəxəssisləri ilə görüşmüşdür.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə cari ilin mayından başlanan yeni layihənin icrası və qarşıda duran məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

İ.Rəhimov əlilliyi olan şəxslərin hüquqlarının təminatı sahəsində ixtisaslaşmış QHT-lərlə birgə icra edilən layihələr barədə söz açmış, onların əhəmiyyətinə toxunmuşdur.

Nazir müavini bildirmişdir ki, hazırda İB tərəfindən icra olunan yeni layihənin məqsədi əlilliyi olan şəxslərin bərpa mərkəzlərində tibbi xidmətlərlə yanaşı, sosial, ailəyə dəstək, reabilitasiyas. xidmətlərlə də təmin edilməsidir.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 3.