Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İlin birinci xanımı mükafatı ilə təltif edilmişdir

 

 Xəbər verdiyimiz kimi, Türkiyənin nüfuzlu iqtisadiyyat dünyası nəşri olan "Ekovitrin" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasının qalibi olmuşdur.

İstanbuldakı "Green Park" hotelində mükafatın təqdim olunması mərasimini "Ekovitrin" jurnalının sahibi Kamran Abaçıoğlu açaraq, laureatları və qonaqları salamlamış, jurnalın keçirdiyi sorğu haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, sorğu iki ay davam etmiş, 34 nominasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs verilmişdir. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunmuşdur.

Salona toplaşan nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Türkiyənin və dünyanın nüfuzlu adamlarının sürəkli alqışları altında Heydər Əliyev Fondunun icraçı direktoru Anar  Ələkbərov fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın layiq görüldüyü "İlin birinci xanımı" mükafatını İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluKamran Abaçıoğludan qəbul etmişdir.

Mərasimdə "İlin naziri" nominasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, "Beynəlxalq diplomatiya" mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunmuşdur.

Türkiyənin nüfuzlu universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, "Çalık İnşaat" şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər laureatlar arasında olmuşlar.

Mərasimdən sonra mükafatı alanlar xatirə şəkli çəkdirmişlər.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.