Todays Zaman qəzetində Azərbaycan əcnəbilərin gözü ilə başlıqlı məqalə dərc olunmuşdur

 

Türkiyənin ingilis dilində nəşr olunan "Today"s Zaman" qəzetində Bakıda uğurla keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsindən sonra xarici qonaqların təəssüratlarından bəhs edən "Azərbaycan  əcnəbilərin gözü ilə" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Duyqu Genc Türkiyə Silahlı Qüvvələri Akademiyasının Strateji Araşdırmalar İnstitutunun üzvü kimi iki il əvvəl Azərbaycana səfərindən sonra bu ilin may ayında böyük tərəqqi və inkişafın şahidi olduğunu bildirir, Qərb və Türkiyənin bəzi mətbuat orqanlarında yer alan yanlış məqalə və xəbərlərin həqiqətdən uzaq olduğunu vurğulayır.

Qərb mətbuatında bəzi jurnalistlərin Azərbaycana səfər etmədən, aldıqları yanlış məlumatlar əsasında məqalələr yazdığını da diqqətə çatdıran müəllif qeyd edir ki, onlar dahi siyasət xadimi, müasir dünyada digər siyasətçilərə örnək olacaq Heydər Əliyevin qurduğu dövlətin əldə etdiyi nailiyyətləri yaxından görməlidirlər. Azərbaycan xalqının milli lideri öz zəngin təcrübəsi və zəkasına arxalanaraq, bəzi siyasətçilər kimi regional miqyaslı deyil, cahanşümul bir siyasət aparırdı. Bunun nəticəsində kiçik bir ölkə olan Azərbaycan qonşularından fərqli olaraq az bir müddətdə regional gücə çevrildi. Heydər Əliyev siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də bunun sayəsində xalqın tam dəstəyini aldı.  Azərbaycanda hökm sürən siyasi sabitlik, iqtisadiyyatın güclü templərlə inkişafı, əhalinin rifahının yaxşılaşması, şəhərlərin gündən-günə abadlaşması, ən yüksək dünya standartlarına cavab verən sosial obyektlərin istifadəyə verilməsi bu dəstəyi daha da gücləndirdi.

Məqalədə qeyd olunur ki, bütün bu nailiyyətlərlə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun da artması Qafqazın bu kiçik ölkəsinə qarşı bəzi dairələrdə qısqanclıq hissi doğurdu. Buna ölkənin Avropadadünyada daha yaxşı tanınması üçün mühüm hadisə olan "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində aparılan qaralama kampaniyasını misal göstərmək olar. Lakin Azərbaycan "Eurovision" tarixində ən mükəmməl mahnı müsabiqəsini keçirdibütün dünyaya öz inkişafını, qonaqpərvərliyini nümayiş etdirdi.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.