Azərbaycan ilə
Niderland arasında əlaqələrin
perspektivləri müzakirə edilmişdir
Niderland Krallığında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-də bu ölkənin Baş naziri Mark Rutte ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin müzakirə olunduğu görüşdə Azərbaycan-Niderland əlaqələrinin perspektivi ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazirə çatdıran Elmar Məmmədyarov Mark Rutteni ölkəmizə səfərə dəvət
etmişdir. Dəvətə görə təşəkkürünü
bildirən Baş nazir
Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə
yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbriklərini
çatdırmışdır. Görüşdə Azərbaycanda
və regionda gedən proseslər, həmçinin
tərəfləri maraqlandıran digər məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.