Azərbaycan ilə Niderland arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur

 

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Dövlət Şurasının vitse-prezidenti Piet Hein Donera ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Piet Hein Donera son illər Azərbaycanda gedən hərtərəfli inkişafdan məmnunluğunu söyləmişdir. P.H.Donera, eyni zamanda, Niderland Krallığının hökumət, idarəçilik strukturuquruluşu, parlament, məhkəmələrin fəaliyyəti haqqında məlumat vermişdir. 

Elmar Məmmədyarov Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin səviyyəsindən məmnun olduğunu bildirmişdir. Nazir mövcud münasibətlərin daha da möhkəmləndirilməsinin və gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın yaradılmasının və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.