Azərbaycan Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatının etibarlı tərəfdaşıdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatın (KSQEBT) baş direktoru Əhməd Üzümçü ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Əhməd Üzümçü Niderlanda qısa səfəri çərçivəsində KSQEBT-ni ziyarət edərək təşkilatın fəaliyyətinə verdiyi dəstəyə görə nazir E.Məmmədyarova təşəkkürünü bildirmişdir. Baş direktor təşkilatın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat vermişdir. Azərbaycanın KSQEBT-nin etibarlı tərəfdaşı olduğunu vurğulayan Ə.Üzümçü ölkəmizin qurumun fəaliyyətində fəal iştirakından razılığını bildirmişdir.
Görüşdə Azərbaycan ilə KSQEBT arasında əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunmuşdur.
Sonda E.Məmmədyarov təşkilatın
ali qonaqlar üçün nəzərdə tutulmuş xatirə kitabına Azərbaycan
Respublikası adından ürək sözlərini
yazmışdır.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.