Argentina Milli Konqresinin Deputatlar
Palatasında Azərbaycan ilə dostluq qrupunun yeni tərkibi təsdiq
edilmişdir
Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycan ilə dostluq qrupunun yeni tərkibi təsdiq edilmişdir. Bu, Deputatlar Palatasında parlamentin yeni çağırışından sonra tərkibi təsdiq edilmiş ilk dostluq qrupudur.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dostluq qrupunun sədri "Union Peronsita" siyasi blokunun deputatı Roberto Mario Mouilleron, sədr müavini isə yenidən "Movimiento de Neuqen" siyasi blokunun prezidenti deputat Alicia Comelli seçilmişdir. "Justicialista La Pampa" siyasi blokunun deputatı Cristina Regazzoli isə dostluq qrupunun yeni katibi vəzifəsinə təsdiq olunmuşdur.
Ümumi sayı 10 nəfərdən ibarət dostluq qrupuna "Frente para la
Victoria" iqtidaryönlü
siyasi blokunun
deputatları Guillermo Carmona
və Alberto Ciampini,
"Movimiento de Neuqen" siyasi blokunun deputatı Olga Elizabeth Guzman, "Propuesta Republicana" siyasi blokunun prezidenti Federico Pinedo, "Frente Peronista" siyasi blokunun deputatı Eduardo Amadeo, "Union Civic Radical" siyasi bolkunun deputatları Pedro Omar Molas
və Agustin Alberto
Portela daxildirlər.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.