MDB
iştirakçısı olan dövlətlərin
ekspertlər qrupunun iclasında müzakirə
olunan protokol layihəsinə
Azərbaycanın təklifi səs çoxluğu
ilə qəbul edilmişdir
Minsk şəhərində MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuların verilməsi mexanizminə dair protokol layihəsinin razılaşdırılması üzrə ekspertlər qrupunun növbəti iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və MDB iştirakçısı olan digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd edilən protokol layihəsinə düzəliş edilməsinə dair Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş təkliflər nəzərdən keçirilərək səs çoxluğu ilə qəbul edilmişdir.
Tədbirdə Azərbaycanı Baş
Prokurorluğun beynəlxalq əlaqələr
idarəsinin prokuroru Anar
Tağıyev təmsil etmişdir.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.