ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionuna səfəri başlamışdır

 

 ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun Cənubi Qafqaz regionuna səfəri başlamışdır.

AzərTAc xəbər verir ki, iyunun 11-də E.Gilmor Ermənistana getmişdir. İyunun 12-də isə o, Gürcüstana səfər edəcəkdir. İyunun 13-də isə Azərbaycana gələcəkdir.

Səfər çərçivəsində E.Gilmor rəsmi şəxslərlə yanaşı, siyasi partiyaların liderləri ilə də görüşəcəkdir. Görüşlərdə ATƏT-in regionda fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.