Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdən əvvəl qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində resurs mərkəzi ilə tanış olmuşlar. Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək UNESCO-nun ali məqsədinin bütün dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaqbu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərməkdən ibarət olduğunu söylədi. Bu nüfuzlu təşkilatla Azərbaycan arasındakı əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edən natiq 1993-cü ilin dekabrında Fransada rəsmi səfərdə olarkən ulu öndərin UNESCO-nun Baş direktoru ilə görüşünü xatırlatdı. UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş Heydər Əliyev Fondunun fəal maarifçilik təmayülünün inamla davam etdirildiyini bildirən U.Ələkbərov qeyd etdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2004-cü ilin sentyabrında təşkilatın xoşməramlı səfiri təyin olunması bu əlaqələrə əlavə impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. Daha sonra rektor "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Prezident İlham Əliyevin sərəncamının əhəmiyyətindən danışdı.

Tədbirdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi  Günay Əfəndiyeva çıxış edərək təməli 20 il əvvəl qoyulmuş bu əməkdaşlığın  hazırda dinamik sürətlə inkişaf etdiyini xüsusi vurğuladı. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini qeyd edən natiq fondun həyata keçirdiyi layihələrin onlarla ölkə tərəfindən dəstəkləndiyini, Azərbaycanın UNESCO tədbirlərinin mərkəzinə çevrildiyini, bu tədbirlərin isə Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət göstərdiyini qeyd etdi. Azərbaycan-UNESCO münasibətlərinin inkişafı və möhkəmlənməsində Mehriban xanım Əliyevanın məxsusi xidmətlərinin olduğunu göstərdi. Tədbirdə qeyd olundu ki, hələ 2004-cü ilin iyulunda Fondun təşəbbüsü ilə Parisdə UNESCO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları", 2005-ci ilin avqust ayında Bakıda "UNESCO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri", daha sonra "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfranslars. tədbirlər təşkil edilmişdir. Bu mötəbər məclislərdə çıxış edən UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın milli təhsilinin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Arif Hacıyev bildirmişlər ki, son illər təşkilat bütün dünyada fəaliyyətini daha da genişləndirmiş, bununla əlaqədar yeni fəaliyyət planlarının icrasına başlanmışdır.

Dövlət İdarəçilik Akademiyasının UNESCO Mərkəzinin müdiri Cahangir Hacıyevin mərkəzin fəaliyyətinin 15 illiyi ilə əlaqədar məlumatı dinlənilmişdir.

Tədbirin sonunda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən hazırlanmış "İnsanbiosfer" illik nəşrinin təqdimatı olmuşdur. Nəşr barədə danışan rektor jurnalın əhəmiyyətini qeyd edərək bildirmişdir ki, dünyada ən aktual mövzular barədə elmi məqalələr məhz bu topluda işıqlandırılmışdır. Xüsusilə insan potensialının inkişafı istiqamətində olan yazılara daha çox diqqət ayrılmışdır.

Çıxış edənlər jurnalın olduqca vacib bir missiyanı yerinə yetirdiyini  bildirdilər.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 6.