Ekmələddin İHSANOĞLU: Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən sosial və mədəni layihələr bütün dünyada təqdirlə qarşılanır

 

 Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "İlin birinci xanımı" mükafatı ilə təltif edilmişdir.

İstanbuldakı "Green Park" otelində mükafatın təqdim olunması mərasimində AzərTAc-ın sualını cavablandıran İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu bildirmişdir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti və onun rəhbərliyi altında həyata keçirilən sosial və mədəni layihələr bütün dünyada təqdirlə qarşılanır. Mehriban xanım Əliyeva, eyni zamanda, İƏT-in də mədəniyyət elçisidir. Mehriban xanımın bu mükafatla təltif edilməsi üçün çox xoşbəxtəm, ona gələcək fəaliyyətində uğurlar diləyirəm.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 1.