Azərbaycan ilə NATO arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilmişdir

 

 İyunun 12-də NATO-nun mənzil-qərargahında bəzi tərəfdaş dövlətlərin nümayəndələrinin iştirakı ilə Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində siyasi və tərəfdaşlıqlar komitəsində növbəti görüş keçirilmişdir.

Ölkəmizin NATO yanındakı nümayəndəliyindən bildirmişlər ki, görüşdə respublikamızda aparılan müdafiə islahatları, qarşılıqlı əməkdaşlıq və NATO əməliyyatlarına Azərbaycanın töhfəsi yüksək qiymətləndirilmişdir.

Bu görüş NATO ekspertlərindən ibarət qrupun cari il aprelin 9-dan 13-dək Azərbaycana səfərinin nəticələrinə əsasən həyata keçirilmişdir.

Görüşdə Azərbaycanın Xarici İşlər, Müdafiə nazirliklərinin,  Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və NATO yanında nümayəndəliyin təmsilçiləri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 1.