ATƏT-in fəaliyyətdə
olan sədri Azərbaycanda səfərdədir
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor iyunun 13-də Azərbaycana səfərə gəlmişdir.
İkigünlük səfər çərçivəsində E.Gilmor Azərbaycan rəsmiləri, siyasi partiyaların nümayəndələri ilə görüşəcəkdir.
Görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 14 iyun.- S. 1.