Hulusi KILIÇ: Ermənistan özünü Azərbaycan ilə müqayisə
etməsin
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç AzərTAc-a müsahibəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın azərbaycanlı şəhidlər üçün başsağlığı verən Türkiyənin Ermənistanla bağlı eyni addım atmamasına dair iradına münasibət bildirmişdir.
Hulusi Kılıç demişdir: "Azərbaycanın torpaqları
işğal altındadır. Ermənistan
özünü Azərbaycan ilə
müqayisə etməsin. Əvvəlcə Ermənistan beynəlxalq
ictimaiyyət tərəfindən tanınan sərhədlərə
çəkilsin, daha sonra
belə bir açıqlama versin. Bildiyiniz kimi, Ermənistanın işğal
altında saxladığı Azərbaycan ərazilərini tərk
etməsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi vardır. Mən bundan artıq bir şey demək istəmirəm, Azərbaycan
torpaqları işğal altındadır
və bu torpaqların qaytarılması üçün səylər davam
etdiriləcəkdir".
Azərbaycan.- 2012.- 14 iyun.- S. 1.