Yeni Azərbaycan Partiyası Yaponiyanın siyasi partiyaları ilə əlaqələr qurmaqda maraqlıdır

 

 Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanmış, bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığın uğurlu nəticələri haqqında danışılmışdır.

YAP-ın beynəlxalq əlaqələri barədə məlumat verən Ə.Əhmədov bildirmişdir ki, partiya Yaponiyanın siyasi partiyaları ilə əlaqələr qurmaqda maraqlıdır.

Ş.Vatanabe qeyd etmişdir ki, Azərbaycan ilə Yaponiya arasında  münasibətləri inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək üçün əlindən gələni əsirgəməyəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.