AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanla bağlı məruzə hazırlayacaq

 

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de MoraCozef Debona Qrex iyunun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə həyata keçirilən hüquqi, demokratik islahatlar, Avropa Şurası qarşısındakı öhdəliklərin icrası barədə qonaqlara ətraflı məlumat verib. AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana səfərlərinin, keçirdikləri görüşlərin əhəmiyyətini vurğulayan S.Seyidov deyib ki, son zamanlar Avropadakı bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv kampaniya başlayıb. Bu kampaniya isə çox hiyləgər və dözülməz formada aparılır.

S.Seyidov diqqətə çatdırıb ki, bu cür səfərlər və keçirilən görüşlər Azərbaycan haqqında daha dolğun və ətraflı məlumat əldə etməkdə, əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edir: "Ümid edirik ki, Monitorinq Komitəsinin həmməruzəçilərinin hazırlayacaqları məruzə öz obyektivliyi və əhatəliliyi ilə antiazərbaycan qüvvələrə layiqli cavab olacaq".

Sonra görüşdə Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələrin inkişaf perspektivləri, öhdəliklərin icrası, Dağlıq Qarabağ münaqişəsi və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.