Azərbaycan Avropa Şurası ilə sıx əlaqələr yaradıb

 

"Azərbaycan Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verirbu qurumun bütün tövsiyələrinə əməl edir". Bu fikirlər Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de MoraJozef Debono Qrexin iyunun 13-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə keçirilən görüşündə səslənib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı görüşdə Milli Məclisin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Deputat bildirib ki, parlamentdə 11 siyasi partiya təmsil olunur və onların fəaliyyəti üçün tam normal, bərabər şərait yaradılıb. Bu partiyaların parlamentdə təmsil olunması qanun yaradıcılığı prosesinə də müsbət təsirini göstərir. M.Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycan  Avropa Şurası ilə sıx əlaqələr yaradıb və təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirib və yetirməkdədir. İndiyədək Milli Məclis Avropa Şurasının bir neçə konvensiyasını ratifikasiya etmişdir. Ümumilikdə Milli Məclisdə qanun və qərarlar qəbul edilərkən Avropa standartları əsas götürülür.

Görüşdə digər siyasi partiyaların nümayəndələri Azərbaycanın Avropaya inteqrasiyası, ölkəmizdə həyata keçirilən demokratik islahatlars. məsələlər barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti qətiyyətlə pislənib, Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəbul etdiyi qərar yüksək qiymətləndirilib. Bununla yanaşı, Avropa Şurasının təcavüzkar Ermənistana qarşı indiyədək heç bir sanksiya tətbiq etməməsinin və qurum tərəfindən müvafiq qərarın qəbul olunmamasının təəssüf doğurduğu bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, həmməruzəçilərin sualları cavablandırılıb.

 

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.