Azərbaycan Beynəlxalq
Ədalət Məhkəməsinin fəaliyyətini dəstəkləyir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığına səfəri çərçivəsində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sədri Peter Tomka ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə P.Tomka Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, məhkəmə sistemində aparılan islahatlar barədə ətraflı məlumat vermişdir.
E.Məmmədyarov Azərbaycan Respublikasının demokratik dövlət olaraq qanunun aliliyinə hörmətlə yanaşdığını, münaqişələrin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu, Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunmuşdur.
Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.