Avropada kibertəhlükəsizlik məsələləri müzakirə edilib

 

 Strasburqda Avropa Şurasının Kibertəhlükəsizlik üzrə Komitəsinin yeddinci plenar iclası keçirilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda kibertəhlükəsizlik  problemlərinin hüquqi aspektləri, fərdi məlumatların mühafizəsi, internetdə uşaq hüquqlarının qorunması, insan hüquqlarının müdafiə edilməsi sahəsində mövcud olan normativ-hüquqi aktlar müzakirə edilmişdir.

Azərbaycanı tədbirdə RİTN Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil etmişdir.

İclasda kibertəhlükəsizlik sahəsində mövcud olan problemləri və kibercinayətkarlıqla mübarizə üzrə 2012-2013-cü illəri əhatə edən fəaliyyət planı təsdiq olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 5.