Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir

 

 İnformasiya texnologiyalarının və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqində dövlət qurumlarının sırasında aparıcı yerlərdən birini tutan Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, MN-də elektron hökumət xidmətləri dövlət büdcəsinin layihəsinin tərtibatı, dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması, bələdiyyələr tərəfindən təqdim edilən məlumatlar və göstəricilər, sığorta fəaliyyəti, qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət, ciddi hesabat blanklarının hazırlanması, o cümlədən maliyyə və statistik hesabatların qəbulu üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi nazirliyin www.maliyye.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir.

Maliyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərə "Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması", "Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatları və göstəriciləri", "Sığorta fəaliyyətlərinə lisenziya almaq üçün müraciət", "Hüquqifiziki şəxslərə qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət üçün xüsusi razılığın (lisenziya) verilməsi", "Hüquqifiziki şəxslərə ciddi hesabat blanklarının hazırlanması üçün xüsusi razılığın (lisenziya) verilməsi", "Qeyri-hökumət, büdcə və kommersiya təşkilatların maliyyə hesabatlarının qəbulu", "Qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyətin statistika hesabatı" və "Ciddi hesabat blanklarının hazırlanması ilə bağlı fəaliyyətin statistika hesabatı" kimi bloklar daxildir.

Bundan başqa, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır. Həmin hesabatların rəsmi internet sayt vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulmuşdur. Təşkilatlar hesabat göstəricilərini www.maliyye.gov.az rəsmi internet səhifəsinin "Dövlət Xəzinədarlığı Agentliyi" sahəsində yerləşdirilmiş yerindən göndərməlidirlər.

MN həmçinin xəzinədarlığın idarəedilməsinin avtomatlaşdırılmış informasiya sistemini respublika miqyasında geniş tətbiq edir. Belə ki, bütün rayon, şəhər xəzinədarlıq idarələri Baş Dövlət Xəzinədarlığı ilə birbaşa fiberoptik kabelpeyk sistemi ilə əlaqələndirilmiş, bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində həyata keçirilməsi təmin olunmuşdur. Nəticədə respublika ərazisində büdcə əməliyyatlarının icrasının sürəti və keyfiyyəti yüksəlmişdir.

Hazırda büdcənin icrası ilə yanaşı, onun formalaşdırılması prosesi və əlaqədar olan bütün növ əməliyyatların da tam avtomatlaşdırılması istiqamətində işlər aparılır. Artıq büdcə təşkilatlarının əsas vəsaitlərinin uçotu, büdcənin proqnozlaşdırılması, əməkhaqlarının hesablanması, kadr uçotunusair istiqamətləri tənzimləyən müvafiq proqram təminatı hazırlanmışdır.

"Elektron Azərbaycan" layihəsinin ən vacib sahələrindən olan dövlət orqanlarında elektron sənəd dövriyəsi və elektron imza artıq Maliyyə Nazirliyində tətbiq olunur.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 6.