Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə  970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 8.15-ci və 8.24-cü bəndlərdə "dövlət" sözündən əvvəl "yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər" sözləri əlavə edilsin.

2. 8.37-ci bənddə "müəssisələri" sözündən sonra "və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının  Prezidenti

Bakı şəhəri, 1 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 1.