Q.Vaşadze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının yeni formatı üçüncü ölkənin əleyhinə yönəlməyib

 

 Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze üç qonşu dövlətin xarici işlər nazirlərinin Türkiyənin Trabzon şəhərində keçirilən görüşünün nəticələrini şərh edərkən demişdir ki, bu əməkdaşlıq hansısa üçüncü ölkənin əleyhinə deyildir. Q.Vaşadze yeni formatın əməkdaşlıq edən ölkələrin mənafeyinin müdafiəsinə yönəldiyini qeyd etmişdir.

Gürcüstanlı nazir demişdir: "Yeni format hansısa ölkənin əleyhinə yönəlməyib və yalnız bizim ölkələr arasında strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir".

Q.Vaşadze  bildirmişdir ki, Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında Trabzonda imzalanan bəyanat iqtisadi sahədə bölgədə bir sıra layihələri birgə həyata keçirən qonşu dövlətlər arasında strateji münasibətləri təsdiq edir. Biz strateji əməkdaşlığımızı genişləndirmək və ona daha çox dinamizm vermək barədə qərar qəbul etmişik.

 

 

İslam ƏLİYEV

 

Azərbaycan.- 201.2- 15 iyun.- S. 8.