İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Ciorcio Napolitanoya

 

Hörmətli cənab Prezident!

 

İtaliya Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İtaliya münasibətləri, siyasi, iqtisadi mədəni əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli qaydada əməkdaşlığımız Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində öz formatını daha da genişləndirir.

Əminəm ki, ölkələrimiz xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına əmin-amanlıq rifah diləyirəm.

 

 

Hörmətlə,

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 1.