Ankaranın Mamak rayonunun 636-cı prospektinə Xocalı adı verilmişdir

 

 Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankara Böyükşəhər Bələdiyyəsinin 2012-ci il 12 may tarixli qərarına əsasən, paytaxtın ən böyük rayonlarından biri olan Mamakın 636-cı prospektinə "Xocalı" adı verilmişdir.

Xocalı prospekti Mamak rayonunun ən böyük prospektlərindən biridir və Ankaranın Şahintəpə-Şirintəpə-Misket-Dutluk məhəllələrini birləşdirir.

Bu təşəbbüs Ankara Böyükşəhər Bələdiyyəsinin Adların verilməsi Komissiyasının Bələdiyyə Məclisində irəli sürülmüş və 82 səs çoxluğu ilə qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 11.