Mehriban xanım Əliyevanın “İlin birinci
xanımı” adına layiq
görülməsi Gürcüstan
KİV-lərində
işıqlandırılmışdır
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın "İlin birinci xanımı" adına layiq görülməsi Gürcüstanın kütləvi informasiya vasitələrində də işıqlandırılmışdır. Gürcüstan KİV-lərində mükafatın təqdim olunması mərasiminə də geniş yer verilmişdir.
Gürcüstan azərbaycanlıları daim diqqət və qayğı gördükləri Mehriban xanımı bu yüksək ad münasibətilə təbrik edir, ona fəaliyyətində yeni uğurlar arzulayırlar.
İslam ƏLİYEV
Azərbaycan.- 2012.- 17 iyun.- S. 1.