Azərbaycan və Qırğızıstan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Bişkekdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üçüncü plenar iclası çərçivəsində Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Asılbek Jeenbekovla görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan arasında əlaqələrin daha da dərinləşdirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, TürkPA çərçivəsində fəaliyyət və digər məsələlər müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, Qazaxıstanın TürkPA-ya sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişafı ilə əlaqədar xeyli görülmüşdüreyni meyil Qırğızıstanın bu quruma sədrliyi müddətində də davam edəcəkdir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 3.