Eks-prezidentlər barədə qanunun qəbul edilməsi Azərbaycanda demokratik islahatların, siyasi mədəniyyətin və milli birliyin inkişafında yeni mərhələnin başlanğıcıdır

 

Azərbaycan dövləti müstəqilliyinin bərpasının ilk illərindən hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunu strateji xətt kimi müəyyənləşdirərək onu ardıcıl olaraq reallaşdırmaqdadır. İnkişafın yeni mərhələsində, 2009-cu ildə keçirilən referendumda hüquqi qanunvericiliyin təkmilləşdirilməsi, eks-prezidentlərə status verilməsi nəzərdə tutulmuş və Konstitusiyanın 108-ci maddəsinə belə bir əlavə edilmişdi: "Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir".

"Azərbaycan Respublikasının keçmiş prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununun layihəsi dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə, 2011-ci ilin noyabrında müzakirəyə çıxarılaraq təsdiq edilmişKonstitusiya qanunu olduğundan 6 aydan sonra parlamentdə ikinci səsvermədən keçərək iyunun 12-də qəbul edilmişdir.

Beləliklə, son illər ən çox müzakirə edilən, Azərbaycanı dünyanın inkişaf etmiş, sivil, demokratiya ölkələrindəki qanunvericilik səviyyəsinə daha da yaxınlaşdıran qanun qəbul edilib. Demokratiyanın inkişaf etdiyi ölkələrdə bu qanun sabiq dövlət xadimlərinə öz vəzifələrini icra edərkən həyata keçirdikləri fəaliyyətin hüquqi çərçivədə dəyərləndirilməsinə təminat verir.

İndiyə qədər səslənən mövqelərdə, kimlərsə qanunun gec qəbul edildiyini, kimlər isə prosedurların ləngidildiyini və s. məqamları qeyd edirdi. Nəzərə alsaq ki, ABŞ-da analoji qanun 1958-ci ildə, yəni ABŞ-ın 34-cü prezidenti dövründə qəbul edilmişdir, yaxud da hazırda ABŞ-da 44-cü, bizdə isə 4-cü prezidentdir, o zaman  qanunun gec, yoxsa tez qəbul edildiyi, dövlətimizin öz siyasətində demokratik islahatlara nə dərəcədə həssas yanaşdığı birmənalı məlum olur.

İndiyə kimi Azərbaycanda eks-prezidentlər var idi. Lakin onlar haqda qanun yox idi. Qanunda hər şeydən əvvəl ali dövlət vəzifəsini tutmuş şəxsin təhlükəsizliyi maddi təminatı ilə bağlı məsələlər öz əksini tapmış, ali dövlət vəzifəsini tutmuş şəxsin prezident toxunulmazlığına malik olması müəyyənləşdirilmişdir. Eks-prezident statusu Azərbaycanda müstəqillik illərində dövlət başçısı vəzifəsini yerinə yetirmiş bütün şəxslərə aid edilmişdir. Dünya təcrübəsində xüsusi istisnalar mövcuddur qanunla müəyyən edilən hallarda həmin status şamil olunmaya da bilir.

Bu qanunun qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir geniş tədqiqatların mövzusudur. Qanunun qəbul edilməsi Azərbaycan dövlətçiliyinə həm siyasi, həm hüquqi, həm mənəvi baxımdan böyük töhfə verəcəkdir. Burada qanunun Azərbaycan dövlətçiliyi cəmiyyətimiz üçün kimi əhəmiyyət daşıdığına bir neçə aspektdə toxunmaq istərdik. Bunlar ilk növbədə, qanunun hüquqi, siyasi, milli-mədəni beynəlxalq aspektləridir.

Əlbəttə, qanun ilk növbədə, hüquqi sənəddir. Konstitusiyaya uyğun olaraq bu qanun impiçment yolu ilə vəzifəsindən azad edilməmiş bütün  prezidentlərə şamil oluna bilər. Söhbət məsuliyyətdən azad olmaqdan deyil, məsuliyyətə cəlb edilmənin müxtəlif prosedurlarından fərqli vaxtlarından gedir.

Hər bir sıravi vətəndaş üçün olduğu kimi, hər bir dövlət başçısı üçün   fəaliyyətinin  qanunverici əsasları, hüquqi statusu  olmalıdır. Sivil dünya qanunları  belədir. Müasir tarixdə keçmiş dövlət başçılarına qarşı müxtəlif, qeyri-sivil münasibətlərə dair çoxsaylı nümunələr var. qədər təqdirəlayiq haldır ki, demokratik cəmiyyət quruculuğuna yeni qədəm qoymasına, mürəkkəb bir tarix yaşamasına baxmayaraq, Azərbaycanın  müstəqillik tarixində bu kimi  presedentlər olmamış, bundan sonra da heç zaman olmayacaqdır.

Azərbaycanda hüquqi dövlət quruculuğu yolunda ardıcıl islahatlar həyata keçirilir. Eks-prezidentlər haqda qanun müstəqillik dönəmində ali vəzifələri icra edən prezidentlərlə bağlı hüquqi qərarı əks etdirən sənəd kimi dövlət quruculuğunda gedilən yolun konkret mərhələsini əks etdirir. Azərbaycan bu qanunla dünyanın demokratik baxımdan yüksək inkişaf etmiş,  sivil cəmiyyətlərində eks-prezidentlərin statusunu, hüquqi təminatını müəyyənləşdirən ölkələr sırasına daxil oldu.

Eyni zamanda hər bir qanuna çoxçalarlı prizmadan baxılır dəyərləndirilir.

Bu qanun bir tərəfdən, Azərbaycanda prezidentlik institutunun hüquqi modernləşməsi təkmilləşməsinə yol açır, demokratik siyasi mübarizədə hakimiyyətə gəlməyin hakimiyyətdən getməyin sivil ənənələrinin formalaşdığının artıq dönməz şəkil almasına dəlalət edir, digər tərəfdən isə, Azərbaycanda eks-prezidentlik ənənələrinin qanunvericiliklə təminatı həyata keçirilir.

Siyasi əhəmiyyəti baxımından qanun Azərbaycanın dövlətçilik ənənələrinin, siyasi sistemin inkişafında demokratiya yolunu seçən dövlətin islahatların hansı mərhələsində olduğunu dəyərləndirmək üçün mükəmməl bir indikatordur. Yəni keçid dövründə olan bir dövlətdə belə qanunlar qəbul edilə bilməz. Dünyanın  yalnız  demokratik baxımdan inkişaf etmiş, ardıcıl irəliləyən ölkələrində bu qanun qəbul edilir. Deməli, Azərbaycanda siyasi sistem daha yüksək mərhələyə qədəm qoymuş, inkişafın yeni mərhələsində irəli sürülən keyfiyyət dəyişiklikləri reallaşmaqdadır. Dövlət başçısı bəyan etdiyi  kimi,  "Hər bir azərbaycanlının prezidenti olduğunu" əməli şəkildə sübut edir. Qanun ali siyasi səviyyədə  ölkəmizdə milli barış, dialoq vətəndaş sülhü üçün hər cür şərait yaratmaq məramının, cəmiyyətdə siyasi mədəniyyətin daha da inkişaf etməsinin göstəricisidir.

Qanun onu göstərir ki, Azərbaycanda demokratiya siyasi mədəniyyət paralel olaraq inkişaf etməkdədir. Bu gün dünyanın qeyri-sabit bölgələrinin ən çox Şərqdə olduğu bir vaxtda Azərbaycan yenə Şərq məkanında eks-prezidentlər haqda qanun qəbul edən ilk dövlətlər sırasında yer alır. Belə qanunlar qəbul edilənə qədər dünyanın bir sıra ölkələrində zaman-zaman problemlər yaşanıb.

Qanun mühüm milli-mənəvi əhəmiyyətə malikdir. Ölkədə demokratik dəyərlərə üstünlük verilməsinin, ali dövlət vəzifəsini icra etmiş şəxslərə siyasi mədəniyyət sayğı ilə yanaşmağın, Azərbaycanda siyasi dialoq mühitinin formalaşmasının yeni bir mərhələsinin yarandığını göstərir.

Demokratiyanın inkişafına aparan yol sabitlikdən, sivil siyasi mübarizədən keçir. Adətən hüquqların təmin edilməsindən danışılırsa, bu, insan ləyaqətinə hörmətdən ayrı başa düşülən məsələ deyil. Hüquqlara hörmət insan ləyaqəti ilə yanaşı, dövlətin bütövlüyünü milli birliyini təmin edir. Demokratiya humanizm ayrılmaz anlayışlardır. Qanunun bütün eks-prezidentlərə şamil edilməsi bunu bir daha göstərir: dövlətimiz humanizm prinsiplərinə dönmədən əməl edir. Qanunun qəbulu ölkədə barışa, dialoq mühitinin daha da inkişaf etməsinə mühüm təsir göstərərək hər şeydən əvvəl dövlətin cəmiyyətdə dialoq, konsensus, vətəndaş sülhünün, barış mühitinin sabitliyin bərqərar olması üçün siyasi iradəsinin olmasına dəlalət edir.

Qanunun qəbul edilməsi beynəlxalq əhəmiyyətə malikdir. Dünya birliyində Azərbaycanda siyasi islahatların mütərəqqi məzmununa dair təsəvvürlərin   nüfuzunun artmasına xidmət edir. Son illər ölkəmizin dünya siyasətində beynəlxalq təşkilatlarda təmsil olunması da bu artan nüfuzun göstəricisidir. Beynəlxalq aspektdə digər məqam odur ki, bu gün dünya parlamentlərində uydurma tarixi hadisələrə siyasi qiymət verənləri, keçmişi bu günün gözü ilə təhlil edənləri qınayırıq. Azərbaycan tarixə obyektiv qiymət verilməsini "siyasiləşdirməyin" doğru olmadığına dair örnək nümunəni ortaya qoyur.

Bəzi fikirlərdə qanunun qəbul edilməsi siyasi islahatların "ilk addımı" adlandırılır. Reallıqda isə,  müstəqilliyin ilk illərindən bu siyasət həyata keçirilir inkişafın yeni mərhələsində daha qətiyyətlə davam etdirilir. Qəbul edilən qanun Azərbaycanda məhz inkişafın hansı mərhələsində olduğunu demokratik islahatlar yolunun dönməzliyini sübut edir.

Qanun Azərbycanın gələcəyi baxımından  olduqca böyük əhəmiyyətə malikdir. Dövlətimizin müəyyən etdiyi hədəfə aldığı məqsədlərin ardıcıl həyata keçirilməsinin sübutu kimi qanun bir daha onu göstərir ki, Azərbaycan sürətli inkişaf edir, demokratikləşmə prosesi genişlənir.

Bu irəli sürülən "Güclü dövlət yüksək rifah"ın təmin edilməsinə yönələn  siyasətin reallaşmasına doğru atılan qətiyyətli addımlardandır. Azərbaycanın müasir, qabaqcıl dövlət olmaq siyasəti yönündə qəbul edilən ilk qanunlardan biridir.

 Əminliklə demək olar ki, "Azərbaycan Respublikasının keçmiş prezidentinin onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu qəbul edilməsi Azərbaycan dövlətçiliyinin tarixinə yeni ənənə, cəmiyyətimizə yeni siyasi sivil mədəniyyət amilini, nümunəsini gətirəcəkdir. Siyasi sistemdə proseslərin yalnız Konstitusiya qanun çərivəsində aparılması hüquqi dövlətçiliyin daha da möhkəmləndirlməsinə böyük töhfədir.

 

 

Tahirə ALLAHYAROVA,

Azərbaycan Respublikasının

Prezidenti yanında Strateji

Araşdırmalar Mərkəzinin

şöbə müdiri

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 3.