Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir

 

 Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə xidmətin tabeli qurumlarında Azərbaycan Yazıçılar Birliyi, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrası və Azərbaycan İstiqlal Muzeyi ilə birgə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə 1993-cü ilin iyun hadisələri bir daha xatırlanaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilmiş, ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin inkişafı, hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Ölkəmizdə həyata keçirilən köklü hüquqi islahatların, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş mükəmməl qanunvericiliyin formalaşmasının məhz ulu öndərin məqsədyönlü və yorulmaz fəaliyyətinin nəticəsi olduğu qeyd edilmişdir.

Penitensiar xidmətin 2, 13  və 15 nömrəli cəzaçəkmə müəssisələrində "Ulu öndər Heydər Əliyevə həsr edilmiş əsərlərin ictimai-siyasi əhəmiyyəti" mövzusunda Azərbaycan Yazıçılar Birliyi ilə birgə seminar-treninq keçirilmişdir.

9 və 17 nömrəli cəzaçəkmə müəssisələrində Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Atamoğlan Məmmədlinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.

6 nömrəli cəzaçəkmə müəssisəsində Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi "İşıqlı, nurlu sabah" tamaşasını nümayiş etdirmişdi.

10 saylı cəzaçəkmə müəssisəsində isə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş seminar-treninq keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.