“Al-Bayanqəzeti: “Azərbaycan Milli Qurtuluş Gününü bayram edir

 

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti Milli Qurtuluş Günü münasibətilə Dubayda mərasim keçirmişdir.

Dubay hökumətinin rəsmi mətbu orqanı olan "Al-Bayan" qəzetinin tədbirdə iştirak edən əməkdaşı qəzetin 15 iyun tarixli nömrəsində "Azərbaycan Milli Qurtuluş Gününü bayram edir" sərlövhəli məqalə dərc etmişdir. AzərTAc məqalənin xülasəsini təqdim edir.

Məqalədə deyilir ki, Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəllərində öz tarixinin ən çətin mərhələsini yaşamışdır. Həmin dövrdə ölkədə istiqamətdə mübarizə gedirdi: imperiya buxovlarından azad olaraq müstəqilliyi möhkəmlətmək, erməni işğalına qarşı müqavimət göstərmək vətəndaş müharibəsini dayandırmaq. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni bütün bu problemlərdən qurtardı dövlətçiliyin dağılmasının qarşısını aldı.

Yazıda qeyd olunur ki, azərbaycanlılar bu gün Milli Qurtuluş Gününü bayram edirlər. Bu günü Azərbaycana dahi lider Heydər Əliyev bəxş etmişdir. Ümummilli liderin hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan xilas etmiş, uğurlu inkişafın təməlini qoymuşdur.

Qəzet yazır: "BƏƏ- Azərbaycan diasporu da ölkəsi ilə həmrəylik nümayiş etdirərək son illər ərzində böyük nailiyyətlər qazanmış Azərbaycanın milli bayramını təntənə ilə qeyd etmişdir. Diasporun rəhbəri Samir İmanov bu bayram münasibətilə təşkil etdiyi konfransda demişdir ki, Azərbaycan 21 il öncə yenidən müstəqilliyinə qovuşmuşdur. Müstəqillik illərində həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edən Azərbaycan regionda dünyada siyasi çəkisini artırmış, söz nüfuz sahibinə çevrilmişdir. S.İmanov əlavə etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirərək daha sanballı nailiyyətlərə imza atmışdır".

Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika qurduğunu, qadınlara seçib-seçilmək hüququ verildiyini xatırladan qəzet yazmışdır ki, müasir müstəqil respublika da bu ənənələrə sadiqdir. Bu gün Azərbaycanın xarici siyasəti beynəlxalq legitimlik prinsipləri əsasında aparılır. Bunlar suverenliyə hörmət, dövlətlərin ərazi bütövlüyü onların daxili işlərinə müdaxilə etməməkdir. Azərbaycan regional beynəlxalq səviyyədə öz rolunu artırmış, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin bir sıra digər beynəlxalq qurumların tam hüquqlu üzvüdür. Ötən ilin sonlarında Azərbaycan böyük səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş may ayında ona sədrlik etmişdir. 

Məqalədə deyilir ki, Azərbaycan müxtəlif dinlərin xalqların dinc şəraitdə yaşadığı açıq dialoq məkanıdır. Azərbaycan multikulturalizm dəyərləri ilə fəxr edir. May ayında Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ilə Azərbaycan öz mədəni dəyərlərini dünyaya bir daha nümayiş etdirdi.

Məqalənin tam mətni ilə http://www.albayan.ae/one-world/2012-06-14-1.1669447 ünvanında tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.