Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Sizi ölkənizin milli bayramı - Respublika Günü  münasibətilə təbrik edirəm.

Slovakiya ilə Azərbaycan arasında  ənənəvi dostluq münasibətlərinin  çox yaxşı səviyyədə olmasından məmnunluğumu bildirirəm. Əminəm ki, ölkələrimiz arasında  qarşılıqlı əməkdaşlıq  bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.

Fürsətdən istifadə edib Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Möhtərəm cənab Prezident, Sizə dərin hörmət bəslədiyimə əmin ola bilərsiniz.

 

 

İvan QAŞPAROVİÇ,

Slovakiya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 1.