Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı geniş məlumat verilmişdir

 

Birlərmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın mərkəzi kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla, Beynəlxalq İslam İnstitutları İdarəsinin rəisi Abdullah Yusif Əl-Əli və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əhməd Əl-Zahiri ilə görüşdə 15 İyun - Milli Qurtuluş Günü barədə ətraflı məlumat vermişdir.

Cəmiyyətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, S.İmanov Milli Qurtuluş Gününün müasir müstəqil Azərbaycanın tarixindəki əhəmiyyətindən danışmış, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun xilaskarlıq missiyası, demokratik dövlət quruculuğu sahəsindəki xidmətləri, dünya azərbaycanlılarının birliyi naminə gördüyü işləri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dahi siyasət xadimimüdrik dövlət rəhbəri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycana həyatın bütün sahələrində böyük uğurlar qazandırmışdır.

 "Azərbaycan" Cəmiyyətinin sədri bildirmişdir ki, 19 il əvvəl daxilixarici qüvvələr Azərbaycan dövlətçiliyini məhv etmək, ölkənin ərazi bütövlüyünü parçalamaq, vətəndaş qarşıdurması yaratmaq istəsələr də, ulu öndər Heydər Əliyev xalqa arxalanaraq onların planlarını puça çıxarmışdır. O demişdir ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın istər siyasi, istərsə də ictimai, iqtisadi və mədəni həyatında dönüş başlanmış, bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr müstəqil ölkənin inkişafına və möhkəmlənməsinə zəmin yaratmışdır. Bu siyasətin uğurla davam etdirilməsi sayəsində bu gün yalnız paytaxt Bakıda deyil, Azərbaycanın bütün şəhər və rayonlarında böyük tərəqqi vardır. Heydər Əliyevin anadan olduğuçox sevdiyi doğma Naxçıvanda da bütün sahələrdə böyük nailiyyətlər əldə edilmişdir. Samir İmanov diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü daxilixarici siyasət kursu nəticəsində əhalinin rifah halı yaxşılaşmış, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkə olmaqla yanaşı, regionun qüdrətli dövlətinə çevrilmişdir. Bildirilmişdir ki, əldə edilən bu nailiyyətlərin davamını görmək istəyən hər bir azərbaycanlı Prezidenti dəstəkləyir. Azərbaycanda yaşayan həmvətənlərimiz kimi, dünya azərbaycanlıları da Prezidentimizin uğurla apardığı daxilixarici siyasəti dəstəkləyir.

Görüşün sonunda kitabxanayaDubay rəsmilərinə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqda, həmçinin Azərbaycanın tarixini, inkişafını, təbiətini və mədəniyyətini əks etdirən ərəb və ingilis dillərində kitablarjurnallar hədiyyə olunmuşdur.

Bundan başqa, Samir İmanov BƏƏ-də nüfuzlu "Əlvadeh" media şirkətlər qrupunun rəhbəri Dr. Abdurrahman Əl-Caberi ilə də görüşərək ona Milli Qurtuluş Günü haqqında ətraflı məlumat vermişdir. A.Əl-Caberiyə ərəb və ingilis dillərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın tolerantlıq məkanı olmasından və Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim edilmişdir. Dr. Abdurrahman Əl-Caberi bildirmişdir ki, Samir İmanov tərəfindən öncə təqdim edilən materiallar əsasında Azərbaycanla bağlı yeni kitab hazırlayır. Bu kitab tezliklə nəşr ediləcəkdir.

Milli Qurtuluş Günü münasibətilə "Azərbaycan" Cəmiyyəti tərəfindən Dubayda konfrans keçirilmişdir. Konfransın keçirildiyi salonun foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan, fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur. Tədbirdə çıxış edən Samir İmanov. Qurtuluş Günü münasibətilə dünyanın bir sıra ölkələrində "15 iyun - Qurtuluş Günü" mövzusunda konfransların, bayram tədbirlərinin keçirilməsindən, Milli Qurtuluş Gününün tarixindən, Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasından, iqtisadi yüksəlişin başlanmasından, əhalinin rifah halının yaxşılaşmasından danışmışdır. O, demişdir ki, hazırda Azərbaycan müstəqil siyasət həyata keçirirbu, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.