Cəmil ÇİÇƏK: Azərbaycan son illər böyük uğurla davam etdirdiyi tərəqqini Eurovision-2012 mahnı müsabiqəsinin mükəmməl təşkilatçılığı ilə taclandırmışdır

 

 Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Bişkekdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üçüncü plenar iclasındakı çıxışında demişdir ki, Azərbaycan son illər böyük uğurla davam etdirdiyi tərəqqi ilə nail olduğu səviyyəni yalnız Avropanın deyil, bütün dünyanın bəyənərək izlədiyi "Eurovision-2012" mahnı müsabiqəsinin mükəmməl təşkilatçılığı ilə bir daha taclandırmışdır.

Türkiyə parlamentinin sədri xatırlatmışdır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Biz qardaş ölkəni bu münasibətlə təbrik edir və Azərbaycanın bu mötəbər təşkilatda türk dünyasının səsini beynəlxalq aləmə çatdıracağına inanırıq. 

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 7.