Albaniya Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Buyar
Nişaniyə
Hörmətli cənab Prezident!
Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 18 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 19 iyun.- S. 1.