Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 9, ¹ 8, maddə 598, ¹ 9, maddə 668; 2007, ¹ 4, maddə 320, ¹ 5, maddə 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078; 2008, ¹ 6, maddə 470, ¹ 7, maddə 608; 2010, ¹ 7, maddə 590; 2011, ¹ 4, maddə 266, ¹ 11, maddə 982) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 14.3-cü maddə əlavə edilsin:

"14.3. Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.".

2. 23-cü maddədə:

2.1. Aşağıdakı məzmunda 23.1.2-1-ci maddə əlavə edilsin:

"23.1.2-1. 70 yaşına çatdıqda;";

2.2. Aşağıdakı məzmunda 23.1.7-1-ci maddə əlavə edilsin:

"23.1.7-1. Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 1.