“Məhkəmə və hüquq mühafizə orqanları
işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər
tutaraq, "Məhkəmə və hüquq mühafizə
orqanları işçilərinin dövlət müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 1998-ci il 11
dekabr tarixli 586-IQ nömrəli Qanununu "Prokurorluq
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Məhkəmə
və hüquq mühafizə orqanları işçilərinin
dövlət müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹2, maddə 57; 2001, ¹11, maddə 683,
¹12, maddə 736; 2007, ¹7, maddə 712; 2008, ¹8, maddə 695; 2009,
¹12, maddə 966; 2011, ¹6, maddə 475) 12-ci maddəsinin ikinci
hissəsinin 1-ci bəndində "prokurorlar" sözü
"prokurorluq işçiləri" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
Azərbaycan.- 2012.- 19 iyun.- S. 1.