Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli
2163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 500; 2008, ¹11, maddə 970;
2009, ¹12, maddə 1053; 2011, ¹7, maddə 699; Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli 2176 nömrəli
Sərəncamı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu"nun
2-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.
Beşinci - onuncu bəndlər müvafiq olaraq səkkizinci -
on üçüncü bəndlər hesab edilsin,
aşağıdakı məzmunda beşinci, altıncı və
yeddinci bəndlər əlavə edilsin:
"Təşkilat-nəzarət
baş idarəsi
Vətəndaşlıq
məsələləri idarəsi
İctimaiyyətlə
əlaqələr idarəsi".
2. Səkkizinci
bənddən "və vətəndaşlıq məsələləri"
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 19 iyun.- S. 1.