İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda

 

 Əlahəzrət!

 

Əziz qardaşım!

 

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavinidaxili işlər naziri, görkəmli dövlət xadimi, qardaşınız Nayif bin Əbdüləziz Al Səudun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, bütün ailənizə, qardaş Səudiyyə Ərəbistanı xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,      

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 1.