Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatmışdır

 

 PekinQuançjouda Çin-Azərbaycan biznes forumu, bir sıra ikitərəfli görüşlər keçirilmiş, sənədlər imzalanmışdır

 

 Xəbər verdiyimiz kimi, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və adamlarından ibarət nümayəndə heyəti iyunun 11-dən 16-dək Çin Xalq Respublikasında səfərdə olmuşlar.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nümayəndələri, həmçinin adamları daxil idilər.

 Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Çinin iki şəhərində biznes forumlar təşkil olunmuşdur. Biznes forumlarda bank, sığorta, sənaye, tikinti, konsaltinq, nəqliyyat, əczaçılıq, tekstil, şərabçılıq və s. sahələrdə fəaliyyət göstərən ümumilikdə 300-ə yaxın adamı iştirak etmişdir.

Pekində və Quançjouda keçirilmiş biznes forumlar işgüzar dairələr tərəfindən maraqla qarşılanmış və adamları arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə olunmuşdur.

Biznes forumlarda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasiiqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanmış sənədlərin, ölkələrimiz arasında yaradılmış qanunvericilik bazasının, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulamışdır. Qeyd edilmişdir ki, hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çinli adamları uğurla fəaliyyət göstərirlər. 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçmişdir. 1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon ABŞ dolları, neft-qaz sektoruna isə 598 milyon ABŞ dolları sərmayə yatırılmışdır. Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 milyon avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçmişdir ki, onlar tərəfindən bu ölkəyə təqribən 5 milyon ABŞ dolları həcmində sərmayə qoyulmuşdur.

Nazir Şahin Mustafayev ikitərəfli əməkdaşlığın inkişafında ticari əlaqələrinin əhəmiyyətini qeyd edərək bu ilin 4 ayı ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 60 faiz artdığını bildirmiş, ticarət dövriyyəsinin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat vermişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişafı təmin edilmişdir. Uğurlu daxilixarici siyasət, iqtisadi sahədə reallaşdırılan ardıcıl və məqsədyönlü islahatlar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, yaradılmış əlverişli biznesinvestisiya mühiti nəticəsində dünyada islahatçı ölkə kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsi, iqtisadi və mədəni mərkəzidir. Nazir Ş.Mustafayev biznes forumlarda müzakirə edilən məsələlərin və ikitərəfli görüşlərin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsində əhəmiyyətini qeyd etmiş, çinli adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir.

Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan, Quançjou əyalətinin Xarici Ticarət və İqtisadiyyat Departamentinin rəhbəri Lianq Qui Xuan çıxışlarında Azərbaycan nümayəndə heyətinin Çinə səfərindən məmnunluğunu ifadə etmiş, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında sahibkarların rolunu vurğulamışlar.

Biznes forumlarda AZPROMO-nun nümayəndəsi Vüsal Abbasov Azərbaycanın biznesinvestisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin rəhbəri Zaur Məmmədov isə parkın fəaliyyəti istiqamətində həyata keçirilən işlərə dair təqdimatlarla çıxış etmişlər.

Biznes forumlar çərçivəsində adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Çinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirmişdir.

Çinin kommersiya naziri Çen Deminq ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, iqtisadi sahədə Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, Çinin regionları ilə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu qeyd edilmişdir. Görüşdə nazir Ş.Mustafayev Azərbaycanın tranzit imkanları, xüsusilə Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti barədə geniş məlumat vermiş, ölkəmizdə sənaye parklarının yaradılması istiqamətində işlərin aparıldığını demişÇinin bu sahədə geniş təcrübəyə malik olduğunu vurğulayaraq çin şirkətlərini bu layihədə iştiraka dəvət etmişdir. Həmçinin görüşdə turizmhumanitar sahədə, xüsusilə də təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. 

Görüşün sonunda Azərbaycan Respublikasının İqtisadi İnkişaf NazirliyiÇinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, İqtisadi İnkişaf NazirliyiÇinin Sincan-Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında Protokol, həmçinin AZPROMO ilə ÇinAvropa arasında Texnikiİqtisadi Əməkdaşlıq üzrə Assosiasiya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan nümayəndə heyəti ilə Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan arasında keçirilmiş görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri barədə söhbət aparılmışdır.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Ai Pinq ilə keçirilmiş görüşdə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu, iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanmışdır.

Çinin Şenjen şəhərinin vitse-qubernatoru Zhang Ven ilə görüşdə Şenjen ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyi qeyd olunmuş, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir. Azərbaycan nümayəndə heyətinə məlumat verilmişdir ki, Şenjen şəhəri əsasən informasiya-kommunikasiya texnologiyaları, maliyyə-bank, mədəniyyət və turizm sahəsində inkişaf etmişdir və Çində ilk xüsusi iqtisadi zona məhz burada yaradılmışdır.

Azərbaycan nümayəndə heyəti ilə Quançjou əyalətinin vitse-qubernatoru Liu Zhigeng arasında keçirilmiş görüşdə iqtisadi-ticarət, investisiya, enerjiturizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir. Liu Zhigeng Azərbaycanın turizm imkanları ilə tanış olmaq istədiklərini bildirmiş, əyalətin sənaye parklarının tikintisi sahəsində böyük təcrübəyə malik olduğunu nəzərə çatdırmışdır.

Nazir Ş.Mustafayev çinli adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət etmişdir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çində təhsil alan azərbaycanlı tələbələrlə də görüşmüşdür. Azərbaycanlı nazir ölkəmizin dinamik inkişaf etdiyini, dövlətimizin başçısının digər sahələrlə yanaşı, sosial sahələrə, xüsusilə təhsilə böyük diqqət göstərdiyini vurğulamış, xaricdə təhsil alan tələbələrə bundan sonra da dövlət tərəfindən hərtərəfli qayğı göstəriləcəyini bildirmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Quançjou Sənaye Parkının, eləcə də bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 3.