Türkiyədə Heydər Əliyev Fondunun prezidenti İlin birinci xanımı nominasiyasının qalibi olmuşdur

 

 İyunun 12-də İstanbulda Türkiyənin nüfuzlu iqtisadiyyat dünyası nəşri olan "Ekovitrin" jurnalının ənənəvi sorğusunda respondentlərə 2011-ci ilin qalibi seçdikləri şəxslərə mükafatların təqdim olunması mərasimi keçirilmişdir. Həmin  sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasının qalibi olmuşdur.

"Green Park" otelində mükafatın təqdim olunması mərasimini "Ekovitrin" jurnalının sahibi Kamran Abaçıoğlu açaraq bildirmişdir ki, sorğu iki ay davam etmiş, 34 nominasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs verilmişdir. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunmuşdur.

Salona toplaşan hökumət üzvlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, millət vəkillərinin, Türkiyənin və dünyanın nüfuzlu adamlarının sürəkli alqışları altında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın layiq görüldüyü "İlin birinci xanımı" mükafatını İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluKamran Abaçıoğludan qəbul etmişdir.

Mərasimdə "İlin naziri" nominasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, "Beynəlxalq diplomatiya" mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunmuşdur.

Türkiyənin nüfuzlu universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, "Çalık İnşaat" şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər də laureatlar arasında olmuşlar.

Həmişə belə olub - hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini  qoruyaraq onu gələcək nəsillərə ötürmək kimi çətin missiya qeyri-adi, fenomen şəxsiyyətlərin tale işinə çevrilir. Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndər Heydər Əliyev öz üzərinə götürdü,  cəmiyyətin inkişafını şərtləndirən elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisinə çevrildi.

Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsini, onun ölməz ideyalarının geniş təbliğini və gələcək nəsillərə çatdırılmasını yarandığıı gündən bir ali məqsəd kimi qarşıya qoyan, xalqın, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla  həyata keçirən Heydər Əliyev Fondu öz fəaliyyət proqramı ilə  nəinki Azərbaycan cəmiyyətinin, eləcə də bir sıra beynəlxalq təşkilatların diqqətini cəlb etmişdir.

Ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idmanekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı  ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Fondun fəaliyyətində  prioritet istiqamətlərdən birini təşkil edir. Eyni zamanda, Heydər Əliyev Fondu  UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, dünya elminin nailiyyətlərinin və təcrübəsinin öyrənilməsinə, onların respublikanın sosial-iqtisadi sahələrində geniş tətbiq edilməsinə çalışır. Fond böyük bir həqiqəti əsas götürür: müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərtidir. Bu mənada cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin inşası, gənc nəslin informasiya texnologiyalarına dərindən yiyələnməsi, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi, ilk növbədə,  vətənpərvər böyümələri Fondun, eləcə də onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdəndir.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər ərzində Fondun xətti ilə inşa edilmiş 238 məktəb müasir avadanlıqlar, maddi-texniki baza,  istilik sistemi, zəngin kitabxanakompyuter dəstləri ilə təchiz olunmuşdur.

 BMT İnkişaf Proqramı ilə imzalanmış sazişə əsasən Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiyakommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılması  bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya-kommunikasiyaları vasitələrilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə xidmət edir. Eyni zamanda onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşdirilməsinə Fond qayğı ilə yanaşmışdır.

Heydər Əliyev Fondunun son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Fondun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri "Talassemiyasız həyat naminə" layihəsidir. Layihə çərçivəsində Talassemiya Diaqnostika Mərkəzi 2009-cu il mayın 10-da  istifadəyə verilmişdir.

 Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində UNESCO-nun Beynəlxalq Bioetika  Komitəsinin 18-ci sessiyasının Şərqi Avropada ilk dəfə olaraq Bakı şəhərində 2011-ci ilin may-iyun aylarında keçirilməsi bioetikanın Azərbaycanda daha da sürətlə inkişaf etməsinə bir təkan verdibu elm sahəsi üzrə çalışmaq istəyənlərin sayı bu gün artmaqdadır.

BMT-nin ali humanitar qurumu olan UNESCO qarşısında "Qafqaz xalq ənənələri evi"nin yaradılması təşəbbüsü ilə çıxış etməsi,  2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda, Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

Gəncədə Cavadxan türbəsi, habelə "Comərdi Qəssab" məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması Fondun həyata keçirdiyi xeyirxah layihələrindən biridir.

Humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapıb. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda  Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ilin mayında Bakı şəhərində keçirilməsi müstəqil Azərbaycanın gender siyasəti sahəsində mühüm nəticələrə imza atmış sivil dövlətlər sırasında olduğunu göstərmişdir.

Fondun təşəbbüsü ilə 2011-ci il aprelin 8-də Bakıda keçirilən "Ümumdünya mədəniyyətlərarası dialoq" forumunda ölkəmizin birinci xanımının nitqindən bu məqamı xatırlatmaq istərdik: "Bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyükümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır."

Bütün bunlara əsasən bu gün əminliklə söyləmək olar ki, Fondun ən müxtəlif  layihələrini birləşdirən bir ortaq xətt var - millətə layiqli xidmət! Bu  ali mərama xidmət etmək Heydər Əliyev Fondu üçün prioritet səciyyə daşıyır. Azərbaycanın ən böyük kapitalı onun istedadlı, bacarıqlı  insanlarıdır. Azərbaycanın birinci xanımına Türkiyədə təqdim edilən "İlin birinci xanımı" mükafatı bu mənada Heydər Əliyev ideyalarına, Vətənə, millətə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalq naminə apardığı məqsədyönlü siyasətə verilən bir mükafat da adlandırmaq olar.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 4.