İtaliyanın Abitare a Roma nəşri: Azərbaycan dövləti Romadakı tarixi abidəni bərpa edəcəkdir

 

Azərbaycan dövləti Romadakı tarixi abidəni bərpa edəcəkdir. Bununla bağlı iyunun 16-da Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Bu barədə İtaliyanın nüfuzlu "Abitare a Roma" elektron nəşri yazır.

Yazıda qeyd olunur ki, memoranduma əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romadakı tarixi abidə - Müqəddəs PyotrMarsellina sərdabasının (III-IV əsr) bərpası üçün maliyyə vəsaiti ayrılacaqdır. Bu məsələ Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2011-ci ilin dekabrında İtaliyaya səfəri zamanı müzakirə olunmuşdur. Bərpa işlərinin 2013-cü ildə yekunlaşması nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 4.