MDB ölkələri dəniz administrasiyalarının nümayəndələri Azərbaycan paytaxtına toplaşıblar

 

Bakıda MDB-yə daxil olan ölkələrin dəniz administrasiyası nümayəndələrinin iştirakı ilə neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılmasına dair Xəzəryanı dövlətlər üçün regional görüş keçirilir.

Təşkilatçılarının Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) və Beynəlxalq Dəniz Administrasiyası olan tədbirdə ARDDA-nın yaranması və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ARDDA Azərbaycan Prezidentinin 21 aprel 2001-ci il tarixli sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır. Azərbaycan 1995-ci il mayın 15-dən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Administrasiyası BDT ilə əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və assambleyalarında iştirak edir.

Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiyanın Dövlət dəniz administrasiyaları rəhbərlərinin iştirak etdikləri görüş iyunun 20-də başa çatacaq.

 

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 5.