Bakıda Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının icraçı direktorlarının forumu keçirilir

 

Bakıda Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının icraçı direktorlarının forumu işə başlamışdır.

Tədbirdə Azərbaycan, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstanbaşqa ölkələrin texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə milli orqanlarının rəhbər şəxsləri iştirak edirlər.

Tədbirin məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblər səviyyəsində inkişafını öyrənmək, keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu vurğulamaqdır.

 

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 5.